Rusiya-Şimali Koreya Hökumətlərarası Komissiyasının həmsədri olan Rusiyanın təbii sərvətlər və ətraf mühit naziri Aleksandr Kozlovun sözlərinə görə, rus dili Şimali Koreya məktəbliləri üçün məcburi fənn edilib.
Yeniera.az xəbər verir ki, o, bu barədə Moskvada komissiyanın iclası zamanı bildirib.
Kozlov qeyd edib: “Şimali Koreya məktəblərində dördüncü sinifdən başlayaraq rus dili məcburi dil kimi daxil edilib”.
Rusiyada Koreya dili ilə bağlı Kozlov vurğulayıb ki, bu dili üç mindən çox rus məktəblisi öyrənir. Onların əksəriyyəti Koreya dilini ikinci və ya üçüncü xarici dil kimi öyrənirlər.
Bundan başqa, Kozlov əlavə edib ki, 2026-cı ildə Şimali Koreyada Kim Çol-ju Normal Universitetində Rus dilində Açıq Təhsil Mərkəzi açılacaq.
Yeganə

