Aprelin 9-da Azərbaycanın əksər rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir.
Yeniera.az xəbər verir ki, bu barədə məlumatı Milli Hidrometeorologiya Xidməti yayıb.
Məlumata görə, sabah ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

