Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Naxçıvanda ağır qəza oldu – Ölən və yaralananlar var
  • Bakıda kişi qadını mağazada döydü – Saxlanıldı – VİDEO
  • Sabah bu ərazilərdə qaz kəsiləcək
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Şirkət rəhbəri işçiləri “blok”a atdı: “Kim şikayət etsə, pulu verilməyəcək” – VİDEO

Şirkət rəhbəri işçiləri "blok"a atdı: "Kim şikayət etsə, pulu verilməyəcək" - VİDEO

Cəmiyyət Ariz Əhədov16.02.2026 - 10:15
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycanda fəaliyyət göstərən Qərb F2-05 MMC-nin bir qrup işçisi əmək hüquqlarının pozulması, maaşların ödənilməməsi və qeyri-insani iş şəraiti ilə bağlı şikayət ediblər. Məsələ artıq məhkəmə müstəvisinə keçib.

YENİERA.az xəbər verir ki, Şikayətçi Ramil Əmirovun sözlərinə görə, şirkətin icraçı rəhbəri Namiq Qasımov işçilərə aylıq 1 800 manat əməkhaqqı vəd etsə də, reallıqda onları həm maddi, həm də mənəvi baxımdan çətin vəziyyətdə qoyub:

“Maaşın bir hissəsi “paket” şəklində vəd olunmuşdu”.

Şikayətçi bildirir ki, işə qəbul zamanı əməkhaqqının yalnız 626 manatının rəsmi (kart vasitəsilə), qalan hissəsinin isə əlbəəl veriləcəyi deyilib:

“Avqustun 5-dən müqavilə ilə işə başladıq. Bizi Ağdərənin dağlarına metal yığımına aparırdılar. Səhər saat 9-dan gecə saatlarına qədər ac-susuz işləyirdik. Maaş istəyəndə isə bizi hədələdilər: “Kim şikayət etsə, pulu verilməyəcək” dedilər və hamımızı “blok”a atdılar”.

Məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətindən verilən məlumata görə, vətəndaş Ramil Əmirovun müraciəti Abşeron-Xızı regional şöbəsində araşdırılıb. Aparılan araşdırmalar nəticəsində, işçilərin əmək hüquqlarının pozulması ilə bağlı sənədlərin vaxtında təqdim edilmədiyi məlum olub. Məsul şəxslər haqqında qanunvericiliyə uyğun tədbirlər görülüb və məsələnin məhkəməyə göndərilməsi qərara alınıb.

Qurumdan bir daha xatırladılıb ki, qanunvericiliyə əsasən işçilərin əməkhaqqı vaxtında və tam ödənilməlidir. Bu tələblərin pozulması işəgötürən üçün ciddi inzibati və hüquqi məsuliyyət yaradır.

“Qərb F2-05” MMC-nin rəhbərliyi ilə əlaqə saxlamaq cəhdləri isə nəticəsiz qalıb.

Bənzər Xəbərlər

19.07.2026 - 20:11Gülnar Əliyeva

Naxçıvanda ağır qəza oldu - Ölən və yaralananlar var

19.07.2026 - 20:01Gülnar Əliyeva

Bakıda kişi qadını mağazada döydü - Saxlanıldı - VİDEO

19.07.2026 - 19:58Gülnar Əliyeva

Sabah bu ərazilərdə qaz kəsiləcək

19.07.2026 - 00:30Gülnar Əliyeva

Müctəba Xamenei üzə çıxdı və görün nə dedi - ŞOK TƏHDİD

18.07.2026 - 22:31Gülnar Əliyeva

Başqalarının hissləri ilə ustalıqla oynayan BÜRCLƏR

18.07.2026 - 21:36Gülnar Əliyeva

Moskva ilə bağlı xəbərdarlıq: 2 gün davam edəcək

18.07.2026 - 10:38Gülnar Əliyeva

Türkiyədə güclü ZƏLZƏLƏ OLDU

18.07.2026 - 10:11Gülnar Əliyeva

Pensiya alanların nəzərinə

17.07.2026 - 22:55Gülnar Əliyeva

Azərbaycan mədəniyyətinə AĞIR İTKİ - FOTO

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 100

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 455

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 493

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 356
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.