“Avropa İttifaqındakı bəzi siyasətçilər indi “19-cu paket çətinliklə qəbul olunsa da, 20-ci paketin hazırlanmasında böyük canfəşanlıq nümayiş etdirirlər”.
Yeniera.az xəbər verir ki, bunu Macarıstanın Xarici İşlər və Ticarət Naziri Peter Siyarto bildirib.
O qeyd edib ki, bəzi siyasətçilərin fikrincə, 20-ci sanksiya paketinə Rusiyadan neft tədarükünə qadağa və hətta Rusiya ilə nüvə əməkdaşlığına qadağa da daxil edilməlidir.
Nazir vurğulayıb ki, bu cür təkliflər Macarıstanın milli maraqlarına tamamilə ziddir.
YENİERA.AZ

