ABŞ-nin Maine ştatının ən böyük səhiyyə təminatçısı olan MaineHealth texniki səhv səbəbindən sağ qalan 500-dən çox xəstəyə onların öldüyünü göstərən məktublar göndərib.
Yeniera.az xəbər verir ki, bu barədə NBC News məlumat yayıb.
Məktublarda həmçinin xəstələrin yaxınlarına yönəlik təlimatlar da yer alıb.
Məlumata görə, insident oktyabrın 20-də proqram təminatındakı nasazlıq nəticəsində baş verib.
Ümumilikdə sağ qalan 521 xəstəyə “ölüm bildirişi” məktubları çatdırılıb.
“MaineHealth bu səhvə görə səmimi qəlbdən təəssüflənir”, – şirkətin açıqlamasında qeyd edilib.
Şirkət bildirib ki, xəstələrin tibbi sənədlərində onların ölmüş kimi qeydiyyatı aparılmayıb və texniki nasazlıq xəstələrin müalicəsinə və sistemdəki statuslarına təsir göstərməyib. Təşkilat problemin artıq aradan qaldırıldığını və bütün təsirlənmiş şəxslərə üzrxahlıq məktubu göndərildiyini vurğulayıb.
Rza Əli

