Slovakiya parlamenti qanuna şəhər səkilərində maksimal sürət həddini saatda 6 kilometr müəyyən edən düzəliş qəbul edib.
Yeniera.az xəbər verir ki, qaydaya əsasən, piyadalar, velosipedçilər, skeytbordçular, skuter istifadəçiləri və səkidə olan e-skuterlər bu sürət həddinə riayət etməli olacaqlar.
Dəyişiklik xüsusilə skuter istifadəçiləri və piyadalar arasında toqquşmaların artmasının qarşısını almaq məqsədi daşıyır.
Təklifin tərəfdarı, Smer Partiyasının deputatı Lubomir Vaznı qeyd edib ki, tənzimləmə səkilərdə təhlükəsizliyi yaxşılaşdırmaq məqsədi daşıyır.
Yeni qanun 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək. Lakin hakimiyyət onun icrasına necə nəzarət ediləcəyi ilə bağlı ətraflı plan açıqlamayıb.
Mütəxəssislərin fikrincə, orta yerimə sürəti 4-5 km/saat arasındadır. Britaniya Ürək Fondu bildirir ki, 6,4 km/saat yaxşı vəziyyətdə olan insan üçün orta temp hesab olunur.
Yeganə

