Sabiq hollandiyalı futbolçu Uesli Sneyder Joze Mourinyonun “Benfika”dakı ilk mətbuat konfransında dediklərinə sərt reaksiya verib.
Yeniera.az xəbər verir ki, ulduz futbolçu Mourinyonun açıqlamasını belə şərh edib:
“Onun belə bir şey söyləməsi məntiqli deyil. Türkiyədə bunu xoş qarşılamayacaqlar”.
Sneijder həmçinin portuqaliyalı məşqçinin “Benfika”ya təyinatından məmnun olduğunu ifadə edərək “Mən bu adamı sevirəm və aramızda hələ də xüsusi bir bağ var. Ona ən yaxşı şeyləri arzulayıram. Birlikdə gözəl anlar yaşamışıq. Çox qısa olub, amma illərdir birlikdə işləmişik kimi hiss edirəm” – deyə futbolçu bildirib.
Qeyd edək ki, bir neçə gün öncə “Benfika”nın baş məşqçisi təyin olunan Joze Mourinyonun “Fənərbağçaya qatılmaqla səhv etmişdim, amma son günə qədər hər şeyi etdim. “Benfika”nı çalışdırmaq öz səviyyəmə qayıtmaq deməkdir” – fikirləri futbol ictimaiyyətində birmənalı qarşılanmayıb.

