Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • ABŞ xüsusi təyinatlıları İrana daxil oldu
  • Daha iki ölkə İranla müharibəyə qoşuldu
  • Paşinyan Azərbaycanla bağlı çağırış etdi
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Son 19 ildə bələdiyyə torpağı almış şəxslərin diqqətinə

Son 19 ildə bələdiyyə torpağı almış şəxslərin diqqətinə

Gündəm Ariz Əhədov03.04.2026 - 17:36
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

İnzibati nəzarət tədbirləri çərçivəsində ümumilikdə 3142 ha torpaq sahəsinin qanunsuz ayrılmasına dair bələdiyyə aktlarının ləğv edilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə təklif və ya məhkəmələrə iddialar verilib.

Nəticədə 3121 ha torpaq sahəsinin icarəyə, 21 ha torpaq sahəsinin isə mülkiyyətə verilməsi haqqında qanunsuz qərarlar ləğv edilib.

İl ərzində örüş sahələrinin qanunsuz olaraq ayrı-ayrı şəxslərə ayrılması, zəbt olun-ması və digər pozuntulara qarşı qanunamüvafiq tədbirlər davam etdirilib, nəticədə 2057 ha örüş sahəsi ilə bağlı qanunsuz bələdiyyə aktları inzibati nəzarət orqanının təklifləri və ya məhkəmələrə verilmiş iddialar əsasında ləğv olunub və ya dəyişdirilib.

Qeyd olunub ki, 2025-ci il ərzində debitor borcların ödənilməsi ilə bağlı bələdiyyələr tərəfindən qəbul edilmiş 9696 inzibati akt icra məmurları tərəfindən icraata qəbul olunub və icraatda qalıqla birgə 17053 inzibati akt olub. İl ərzində onlardan 11360-nın, başqa sözlə 66,6%-nin icraatı tamamlanıb yaxud icrası qismən təmin edilib, 2025-ci ilin sonuna qalıq qalan 5693 iş nəzarətdə saxlanılmaqla icrası istiqamətində zəruri tədbirlər görülməkdədir.

Yeniera.az xəbər verir ki, mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən hüquqşünas Əkrəm Həsənov ilk növbədə bələdiyyələrin həmin torpaqları necə satdığına baxmaq lazım olduğunu bildirib.

“Çünki qanunvericiliyə görə 2007-ci ildən sonra bələdiyyə torpaqları yalnız hərrac yolu ilə satılır. Hərracda isə təkcə müvafiq bələdiyyə deyil, bəzi dövlət qurumları və o cümlədən Əmlak Məsələləri Dövlət Xidməti də iştirak edir.

Yeri gəlmişkən, qeyd edim ki, Daşınmaz Əmlakın Dövlət Reyestri bütün dünyada açıq və şəffafdır. Bizdə isə qapalıdır. Əslində mən istədiyim vaxt Reyestrə daxil olub öyrənə bilməliyəm ki, filan daşınmaz əmlak kimindir. Yaxud da hansısa dövlət əmlakının necə idarə olunduğunu asanlıqla öyrənə bilməliyəm. Bu prosesə ictimai nəzarət olmadığı üçün biz bilmirik ki, deyilən bələdiyyə torpaqları necə satılıb.

Digər tərəfdən, biz dəqiq bilmirik ki, qanunsuz satılan bələdiyyə torpaqları ancaq 21 hektardır.

Bəlkə bu rəqəm daha böyükdür… Amma proses şəffaf olmadığı üçün qanunsuzluqların sayı, həcmi və necə baş verməsi barədə dəqiq heç nə bilmirik. Ona görə də bələdiyyələrin qanunsuz əməllərinin səbəbləri barədə danışmaq çətindir”.

Bənzər Xəbərlər

04.04.2026 - 15:05Ariz Əhədov

ABŞ xüsusi təyinatlıları İrana daxil oldu

04.04.2026 - 01:37Ariz Əhədov

Daha iki ölkə İranla müharibəyə qoşuldu

04.04.2026 - 01:27Ariz Əhədov

Paşinyan Azərbaycanla bağlı çağırış etdi

04.04.2026 - 01:21Ariz Əhədov

Evinin çıxarışı olmayanlar üçün YENİ XƏBƏR

03.04.2026 - 18:30Ariz Əhədov

DTX-də peşə bayramı günü münasibətilə tədbir - Foto-Video

03.04.2026 - 18:14Ariz Əhədov

Mükafat üçün özünü Stadnikin məşqçisi etmişdi - İstefaya göndərildi

03.04.2026 - 18:00Ariz Əhədov

Tale Heydərov iş adamı ilə razılığa gəlib - Azad olunmasına etiraz etmir

03.04.2026 - 17:15Ariz Əhədov

Qattuzo İtaliya yığmasından göndərildi

03.04.2026 - 16:46Ariz Əhədov

Bakıda subasma təhlükəsi ilə bağlı yenidən xəbərdarlıq edildi

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:285. 812

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 826

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:264. 756

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:213. 989
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.