Yeni bir araşdırmaya görə, pivə də daxil olmaqla spirtli içkilərin içilməsinin saç tökülməsi riskinin artması ilə əlaqəli ola biləcəyini müəyyən edilib.
Yeniera.az xəbər verir ki, bu barədə “The Sun” qəzeti yazıb.
“Porto” Universitetinin alimləri 60.000-dən çox insanın iştirak etdiyi 17 əvvəlki araşdırmanı təhlil ediblər. Onlar müəyyən ediblər ki, spirtli içki qəbul edənlərin saçları nazikləşir, sıxlıq və parlaqlıq itirilir, saçların sayında nəzərəçarpacaq dərəcədə azalma olur.
Maraqlıdır ki, spirtli içkilərin şəkərli sərinləşdirici içkilərlə əvəz edilməsi saç tökülməsi riskini azaltmayıb və bəzi hallarda vəziyyəti daha da pisləşdirə bilər.
Tədqiqatçılar qeyd edirlər ki, digər amillər də saçın sağlamlığına, o cümlədən pəhrizdə lazımi miqdarda D vitamini və dəmir, həmçinin brokoli və ya kələm kimi antiinflamatuar və antioksidan xüsusiyyətləri olan qidalar da təsir göstərir.
Eyni zamanda, çox miqdarda A vitamini istehlak etmək – məsələn, pendir, yumurta, yağlı balıq, az yağlı süd məhsulları və marqarin – saçlarınız üçün yaxşı olmaya bilər.
Yeganə

