Böyük Britaniyanın baş naziri Keir Starmer “İstəyənlər Koalisiyası”na üzv olan həmkarlarına səslənib.
Yeniera.az “Sky News”a istinadən xəbər verir ki, Baş nazir bildirib ki, koalisiyaya üzv şəxslər Ukraynada qan tökülməsinə son qoymağa çağırışda prezident Trampla birlikdə olmalıdırlar.
“Biz hamımız razıyıq ki, döyüşlər dayandırılsın və danışıqlar hazırkı təmas xəttindən başlasın”, o vurğulayıb.
Starmer əlavə edib ki, Tramp Rusiya neft şirkətlərinə qarşı sanksiyalar tətbiq etməkdə haqlıdır və Putin sülhə həqiqətən ciddi olduğunu göstərənə qədər təzyiqlər davam etdirilməlidir.
O, Putini danışıqlar masasına oturmağa məcbur etmək üçün növbəti iki ay üçün təklif təqdim etmək istədiyini açıqlayıb.
Starmer liderlərin aşağıdakılar üzərində razılaşmasını istəyir:
Rusiya neft və qazını dünya bazarından çıxarmaq:
Ukraynanın müdafiəsini dəstəkləmək üçün milyardlarla dollar vəsaitin açılması üçün Rusiyanın suveren aktivləri üzərində işi başa çatdırmaq;
Ukrayna hava məkanının müdafiəsini və enerji dəstəyini gücləndirmək;
Davamlı uzun mənzilli imkanları təmin etməklə Rusiyaya hərbi təzyiq göstərməyə davam etmək:
Ukraynanın gələcək təhlükəsizliyi üçün təminatların hazırlanması üzərində işi davam etdirmək.

