Azərbaycanın Milli Qəhrəmanı, şəhid Şükür Həmidovun qızı Əzizənin Bakıda toy mərasimi baş tutmuşdu. Əzizə Nicat adlı bəylə ailə həyatı qurub. Toy mərasimində Azərbaycanın yüksək rütbəli hərbçiləri, generallar və tanınmış ictimaiyyət nümayəndələri iştirak etmişdi.

Yeniera.az xəbər verir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, dəvətlilər arasında sabiq Müdafiə nazirinin müavini, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-polkovnik Kərəm Mustafayev də olub. Lakin o, mühüm səbəblərə görə toy mərasimində iştirak edə bilməyib.

Buna baxmayaraq, Kərəm Mustafayev toy mərasimindən sonra Şükür Həmidovun qızı Əzizəyə dəyərli hədiyyə göndərib. O, Əzizəyə toy hədiyyəsi olaraq iPhone 17 Pro Max göndərib, atasının silahdaşı kimi ona təsirli təbrik məktubu yazıb.

Qeyd edək ki, Kərəm Mustafayev uzun illər Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı vəzifəsində fəaliyyət göstərib. 2024-cü ildə tutduğu vəzifədən azad edilib. K. Mustafayevin Şükür Həmidovla dostluq münasibətləri olub.

Yeniera.az həmin təbriki təqdim edir:

Exit mobile version