“Suriya terrorçulardan və İsraildən müdafiə üçün Türkiyədən silah, o cümlədən çoxlaylı hava hücumundan müdafiə sistemləri almaq niyyətindədir”.
Yeniera.az xəbər verir ki, bu barədə Türkiyənin İqtidaryönlü “Yeni Şafak” qəzeti yazıb.
Qəzet maliyyənin Suriya üçün Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələrin iştirakı ilə xüsusi fond tərəfindən təmin oluna biləcəyini qeyd edib.
Eyni zamanda qəzet Suriyanın müvəqqəti hakimiyyət orqanlarının Türkiyəyə hava hücumundan müdafiə sistemləri, zirehli texnika, PUA və modernləşdirilmiş artilleriya sistemlərinin satışı tələbi ilə müraciət etdiyini yazır. Ancaq bu tələb Türkiyənin hərbi yardımın bir hissəsi olaraq silah verməsi deyil, rəsmi silah satışıdır.
Nəşr qeyd edir ki, Suriya terrorçu və İsrail təhdidlərinə qarşı müdafiəsini gücləndirmək üçün bu silahlara ehtiyac duyur. Bu kontekstdə prioritet vəzifə ölkənin şimal hissəsini əhatə edən laylı hava hücumundan müdafiə sisteminin yaradılmasıdır.
Yeganə

