Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Hava kəskin dəyişir – Bu tarixdən…
  • ABŞ-İran gərginliyi fonunda neft qiymətləri bahalaşıb
  • Avropada kəskin istilər meşə yanğınları riskini artırıb
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi – DİN-dən yeni qərar

Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi – DİN-dən yeni qərar

Cəmiyyət Gülnar Əliyeva21.07.2026 - 15:25
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycanın Daxili İşlər Nazirliyi sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi ilə bağlı qaydalara dəyişiklik edib.

Yeniera.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq qərar imzalayıb.

Qərara əsasən, Daxili İşlər Nazirliyinin 2012-ci il 4 avqust tarixli qərarı ilə təsdiq edilmiş **”Nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydaları haqqında Təlimat”**a dəyişiklik edilib.

Dəyişikliklə Təlimatın 5.2.1-1-ci yarımbəndinə “57.4-cü” sözlərindən sonra “, 57.6.3-cü” sözləri əlavə olunub.

Bu dəyişiklik “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa edilən son dəyişikliklərin tətbiqini təmin etmək məqsədi daşıyır.

Belə ki, Qanunun 57.6.3-cü maddəsinə əsasən, elektron kabinetində mobil telefon nömrəsi qeyd edilməyən şəxs barəsində qəbul edilmiş elektron inzibati xəta haqqında qərar nəqliyyat vasitəsinin dövlət qeydiyyatı, daimi uçota alınması, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanının verilməsi, texniki baxışın keçirilməsi, eləcə də sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi zamanı həmin şəxsə təqdim edildiyi andan rəsmi qaydada təqdim olunmuş hesab edilir.

Bununla da Daxili İşlər Nazirliyinin sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi qaydaları “Yol hərəkəti haqqında” Qanunun yeni tələblərinə uyğunlaşdırılıb.

Qərara əsasən, sənəd üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə göndəriləcək. Reyestrə daxil edildikdən sonra isə 72 saat ərzində rəsmi dərc olunacaq.

Bənzər Xəbərlər

29.07.2026 - 14:13Gülnar Əliyeva

Hava kəskin dəyişir - Bu tarixdən...

29.07.2026 - 14:00Gülnar Əliyeva

ABŞ-İran gərginliyi fonunda neft qiymətləri bahalaşıb

29.07.2026 - 13:47Gülnar Əliyeva

Avropada kəskin istilər meşə yanğınları riskini artırıb

29.07.2026 - 13:34Gülnar Əliyeva

Süni intellekt bazarında satış dalğası dünya birjalarına təsir edib

29.07.2026 - 13:20Gülnar Əliyeva

Kanada və ABŞ arasında yeni nəqliyyat dəhlizi istifadəyə verilib

29.07.2026 - 13:03Gülnar Əliyeva

ABŞ-də HİV-lə mübarizədə xidmətlərə çıxışın artırılması çağırışı edilib

29.07.2026 - 12:50Gülnar Əliyeva

Ağır qəza BAŞ VERİB: ÖLƏN VAR

29.07.2026 - 12:23Gülnar Əliyeva

Ət yenidən bahalaşdı: Neçəyə satılır? - VİDEO

29.07.2026 - 12:10Gülnar Əliyeva

Rusiya Durovu axtarışa verdi

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 287

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 569

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 592

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 464
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.