Kamboca sərhədə qoşun və ağır silahlar yeritdikdən sonra Burapha İşçi Qrupunun rəhbərlik etdiyi Birinci Ordu Bölgəsi Sakaeo əyalətindəki Tayland ərazisini geri almaq üçün əməliyyata başlayıb.
Yeniera.az xəbər verir ki, Khaosod portalı məlumat yayıb.
Nəşrin məlumatına görə, Kamboca tərəfi qoşunlarını sərhəd boyu maksimum döyüş hazırlığı vəziyyətinə gətirib. “Sakaeo əyaləti ərazisində qoşunların, texnikanın və ağır silahların möhkəmləndirilmiş mövqelərə köçürülməsi qeydə alınıb”, – deyə məlumatda qeyd olunur.
Kamboca tərəfi isə ittihamları rədd edir. Krallığın Milli Müdafiə Nazirliyi Taylandı “dezinformasiya kampaniyası”nda günahlandıraraq bildirir ki, Kamboca qoşunları atəşkəs rejiminə və birgə sülh bəyannaməsinə əməl edir.
Qeyd edək ki, bir müddət əvvəl Kambocanın Anupong hərbi bazasına hücumu nəticəsində bir Tailand əsgəri həlak olub, iki nəfər yaralanıb.
YENİERA.AZ

