• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
14°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Dünya

Tbilisi olayları ilə bağlı daha 13 nəfər həbs olundu

09 Oktyabr, 25 / 13:46
A A
Tbilisi olayları ilə bağlı daha 13 nəfər həbs olundu

Gürcüstan Prokurorluğu oktyabrın 4-də Tbilisidə baş verən hadisələrlə bağlı daha 13 nəfəri qrup halında strateji və xüsusi əhəmiyyət kəsb edən obyekti ələ keçirməyə cəhd, qrup zorakılığı təşkil etmək və bu zorakılıqda iştirak etməkdə ittiham edib.

Yeniera.az xəbər verir ki, Prokurorluğun məlumatına görə, istintaq müəyyən edib ki, saxlanılan şəxslər artıq həbsdə olan qrup zorakılığının təşkilatçılarının çağırışlarına qoşularaq prezidentin inzibati binasına hücum etməyə cəhd göstəriblər.

Onlar binanın qoruyucu baryerlərini sındıraraq həyətyanı sahəyə daxil olublar, polis əməkdaşlarına qarşı aqressivlik nümayiş etdirərək müxtəlif əşyalar atıblar və hüquq-mühafizə orqanlarının əməkdaşlarına fiziki və şifahi təzyiq göstəriblər.

Hadisə zamanı saxlanılanlardan Koba Epitaşvili polis əməkdaşına fiziki təzyiq göstərib, Saba Kordzaia isə asayişi bərpa etməyə çalışan hüquq-mühafizəçilərə “Molotov kokteyli” atıb.

İstintaq zamanı müəyyən olunub ki, zorakılıq aktlarının təşkilatçılarından biri olan Nana Sanderi sosial şəbəkələr vasitəsilə zorakı hərəkətləri təşviq edib, iştirakçılar üçün avadanlıq və geyimlərin alınması üçün vəsait toplayıb və aksiyanın koordinasiyasını həyata keçirib.

Prokurorluğun məlumatına əsasən, Koba Epitaşvili və Saba Kordzaia Gürcüstan Cinayət Məcəlləsinin 225-ci maddəsinin 2-ci hissəsi (qrup zorakılığında iştirak) ilə, digər 10 nəfər isə 19-222-ci maddənin 2-ci bəndi (qrup halında strateji obyektin ələ keçirilməsinə cəhd) ilə ittiham olunublar.

Nana Sanderi isə 225-ci maddənin 1-ci hissəsi (qrup zorakılığının təşkili) ilə təqsirləndirilir. Bu maddə 9 ilədək həbs cəzası nəzərdə tutur.

Prokurorluq bildirib ki, bütün 13 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq dövlət hakimiyyətini zorakılıq yolu ilə dəyişdirməyə cəhd və strateji obyektin ələ keçirilməsi planı ilə bağlı davam etdirilir.

Qeyd edək ki, bundan əvvəl Gürcüstanın hüquq-mühafizə orqanları oktyabrın 4-də – yerli seçkilər günü Tbilisidə etiraz aksiyası çərçivəsində baş verən hadisələrlə bağlı 35 nəfəri saxlayıb. Saxlanılanlar arasında həm mitinqin təşkilatçıları, həm də qanunsuz və zorakılıq hərəkətləri edən iştirakçılar var.

Ən son xəbərləri bizim X hesabımızda izləyin @yeniera
Öncəki Yazı

ABŞ BƏƏ-yə milyard dollarlıq çip tədarükünə icazə verdi 

Növbəti Yazı

Köç karvanı Ağdərənin Vəngli kəndinə çatıb - YENİLƏNİB

XƏBƏR LENTİ

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşdü

Prezident həmkarını təbrik etdi

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Xalq artisti ilə bağlı ÜZÜCÜ XƏBƏR - FOTO

İş günlərinin yeri dəyişdirildi 

ETX: "Cloudflare" xidmətindən istifadə edən bir çox veb resurslarında müvəqqəti dayanma baş verib

Rusiya və Hindistan birgə bəyanat qəbul edib

Sərnişin avtobusu ilə yük maşını toqquşub - 1 ölü

İsrail hərbi büdcəsini 35 milyard dollara qədər artıracaq

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.