“Qarabağ”ın qapıçısı Fabian Buntiç ötən gün Azərbaycan kubokunun yarımfinalında “Sabah”a 1:2 hesabı ilə uduzduqları matçdakı hakim idarəçiliyindən danışıb.

Yeniera.az xəbər verir ki, təcrübəli qolkiper son dəqiqələrdə baş hakim Rəvan Həmzəzadənin ağdamlıların penaltisini vermədiyini bildirib: “Burada, ümumiyyətlə, şərhə ehtiyac yoxdur. Çünki hamı gördü ki, top ələ dəymişdi. Təmiz penalti idi”.

O, matçdan sonra baş verən qalmaqal barədə isə bunları deyib: “Hər şey göz qabağında idi. Hakim səhvləri yekunda gətirib belə hallara çıxarır”.

Exit mobile version