Ukrayna ordusunun silahlandırılması və iqtisadiyyatın dəstəklənməsi üçün qarşıdakı dörd il ərzində təxminən 389 milyard dollara ehtiyacı olacaq.
Yeniera.az xəbər verir ki, bu barədə “The Economist” juranlı yazı dərc edib.
Nəşrin məlumatına görə, bu rəqəm Kiyevin 2022-ci ilin fevralından bu günə qədər aldığı 206 milyard dollardan iki dəfə çoxdur.
Həmin dövrdə ABŞ Ukraynaya təxminən 133 milyard dollar yardım edib.
Jurnal vurğulayır ki, ABŞ administrasiyasında yardım məsələsində skeptisizm artdığı üçün, əsas yük digər NATO üzvlərinin üzərinə düşə bilər. Bu isə onların müdafiə xərclərini ÜDM-in 0,2%-dən 0,4%-ə yüksəltməsini tələb edəcək.
Rza Əli

