Rusiyanın “Burevestnik” qanadlı raketi “Qızıl Qübbə” raketdən müdafiə sistemi tərəfindən neytrallaşdırıla bilməz.
Yeniera.az xəbər verir ki, bu barədə “The Spectator” nəşri məlumat dərc edib.
Məqalənin müəllifi Mark Qaleottinin sözlərinə görə, raket üzərində yerləşdirilən reaktor ona 50 metrə qədər aşağı hündürlükdə manevr etməyə və ənənəvi qanadlı raketlərdən daha uzun məsafə qət etməyə imkan verir. Bu isə onun mövcud anti-ballistik müdafiə sistemlərini aşmasına şərait yaradır.
Bundan əvvəl The Wall Street Journal qeyd etmişdi ki, “Burevestnik” raketinin mövcudluğu Rusiyaya ABŞ-lə silahlara nəzarət danışıqlarında əlavə üstünlük verə bilər, çünki bu sistem Vaşinqtonun “Qızıl Qübbə” layihəsi üçün ciddi təhlükə yaradır.
Xatırladaq ki, oktyabrın 26-da Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov prezident Vladimir Putinə “Burevestnik” raketinin sınaqlarının tamamlandığını bildirib.
Gülnar Həmidova

