Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik davranışlar və yayımlar edən daha bir tiktoker həbs edilib.

Yeniera.az xəbər verir ki, TikTokda “Çevik” ləqəbi ilə tanınan Bağırov Məqsəd Məcid oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

O, sosial media vasitəsi ilə Radikal Dini təbliğat və Ateismə qarşı çağırışlar etməsi tanınır.

Qəbələ Rayon Polis İdarəsi tərəfindən tiktoker barəsində protokol tərtib edilib və ona qarşı İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsi) maddəsi ilə ittiham irəli sürülərək məhkəməyə göndərilib.

Məhkəmənin qərarına əsasən Məqsəd Bağırov 10 sutkalıq həbs edilib./unikal

Exit mobile version