ABŞ prezidenti Donald Tramp 2020-ci il ABŞ seçkilərinə müdaxilədə ittiham olunan onlarla şəxsi əfv edən sərəncam imzalayıb.
Yeniera.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Qeyd olunur ki, əfv olunanlar arasında Trampın keçmiş vəkili və Nyu-Yorkun keçmiş meri Rudi Culiani və Ağ Evin təqaüddə olan Aparat rəhbəri Mark Medouz da var.
“Bu sərəncam 2020-ci il prezident seçkilərindən sonra Amerika xalqına qarşı törədilmiş ağır milli ədalətsizliyə son qoyur. Donald Tramp bununla tam və qeyd-şərtsiz əfv edir”, – deyə sənəddə bildirlir.
Əfv siyahısında həmçinin Trampın 2020-ci il prezident kampaniyasının keçmiş hüquq məsləhətçiləri Con İstman və Kennet Çesbro, Trampın uzun müddətdir şəxsi baş məsləhətçisi Boris Epşteyn, vəkil və keçmiş federal prokuror Sidni Pauell və Trampın keçmiş vəkili Cim Trupi də var.
Politico-ya görə, əfvlər əsasən simvolik xarakter daşıyır, çünki siyahıdakı şəxslərin heç birinə federal ittiham irəli sürülməyib.
Rza Əli

