ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton HƏMAS-ı məhv etməyə hazırdır. Radikal qrup sülh razılaşmasına zidd olaraq insanları öldürməyə davam edərsə, bu ssenari mümkündür.
Yeniera.az xəbər verir ki, Amerika lideri bunu “TruthSocial” sosial media platformasında yazıb.
“Əgər HƏMAS Qəzzada insanları öldürməyə davam edərsə – razılaşmaya daxil olmayan bir şey – bizim içəri girib onları öldürməkdən başqa çarəmiz qalmayacaq”, – deyə Tramp yazıb.
Yeganə

