“Tramp Marşrutu”nun (Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçəcək 42 kilometrlik hissəsi – red.) idarəetməyə verilmə müddəti yalnız investisiyaların hansı müddət ərzində özünü doğruldacağından asılıdır.
Yeniera.az-ın Ermənistan KİV-inə istinadən məlumatına görə, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan İrəvanda regional təhlükəsizliklə bağlı konfransda bildirib.
Onun sözlərinə görə, Ermənistan ABŞ ilə “Tramp marşrutu”nun icarəyə verilməsi ilə bağlı iki ssenarini (49 və ya 99 illik) müzakirə edir.
Paşinyan qeyd edib ki, Ermənistan tərəfi bu müzakirələrdə siyasi komponent görmür – onlar sırf maliyyə-iqtisadi xarakter daşıyır.

