ABŞ prezidenti Donald Tramp İngiltərənin “Tottenhem Hotspur” futbol klubunun keçmiş sahibi, 2024-cü ildə şirkətləri ilə bağlı insayder ticarəti məlumatlarını sızdırmaqda təqsirli bilinən Co Lyuisi əfv edib.
Yeniera.az xəbər verir ki, bu barədə “The Atlantic” jurnalı məlumat yayıb.
Milyarderin ailəsinə yaxın mənbə jurnala deyib: “Co və Lyuis ailəsi bu əfv üçün son dərəcə minnətdardır və bu addıma görə prezident Trampa təşəkkür etmək istəyirlər”.
“The Atlantic”-ə istinadən verdiyi açıqlamada Lyuis qərardan çox məmnun olduğunu söyləyib.
O, indi ləyaqətli istirahətdən həzz ala və ailəsinin və qohumlarının biznesini inkişaf etdirməyə davam etdiyini izləyə biləcəyini söyləyib.
Nəşrin yazdığına görə, müsbət qərara sahibkarın yaşı 88-ə çatması və onun insayder ticarətindən şəxsən qazanc əldə etməməsi təsir edib.
Əfv ona məhkum olunduqdan sonra ilk dəfə olaraq ailəsinin əksəriyyətinin yaşadığı ABŞ-a qayıtmağa imkan verəcək.
Yeganə

