ABŞ prezidenti Donald Tramp və Avstraliyanın baş naziri Entoni Albanese nadir torpaq metallarına dair saziş imzalayıblar.
Yeniera.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Biz kritik minerallar və nadir torpaqları müzakirə edirik və dörd-beş aydır danışıqlar apardığımız sazişi imzalamağa hazırlaşırıq və səfər zamanı onu uğurla imzaladıq”, – Tramp sənədi imzalamazdan əvvəl deyib.
O əlavə edib ki, AUKUS sazişinin imzalanması prosesi sürətlə gedir.
“Bizim dünyanın hər yerində ən yaxşı sualtı qayıqlarımız var və biz daha bir neçəsini tikirik, onlar hazırda tikilməkdədir. Biz bunun üzərində uzun və çox çalışmışıq. Düşünürəm ki, bu, çox tez və çox yaxşı gedir”, – Tramp deyib.
Rza Əli

