ABŞ Prezidenti Donald Tramp 2021-ci ildə hesabının bağlanmasına görə “YouTube”ni məhkəməyə verib.
Yeniera.az Qərb mətbuatına istinadən xəbər verir ki, platforma 24,5 milyon vəsaitin 22 milyonunu Trampa, 2,5 milyonu isə digər iddiaçılara ödəməyə razılaşıb.
Bundan əlavə, “ABC News” 2024-cü ildə Trampa qarşı diffamasiya iddiasında 15 milyon dollar təzminat ödəyəcəyini açıqlamışdı.
Tramp daha sonra isə “CBS News”a qarşı 20 milyard dollarlıq iddia qaldırıb. CBS News-un ana şirkəti olan Paramount Global iyulda Trampa 16 milyon dollar ödəməyə razılaşıb.
2021-ci ildə Konqresə hücumdan sonra Trampın Facebook hesabı bağlanıb və Meta təqribən 25 milyon dollar ödəməyə razılaşaraq, bu ilin əvvəlində açılan iddiada razılığa gəlindiyi bildirilib.
Xatırladaq ki, Trampın YouTube hesabı 2021-ci il yanvarın 6-da Konqresin reydindən sonra dayandırılıb.
Tramp həmin ilin sonunda dayandırılması səbəbindən hesabını YouTube-da bərpa edib.
Leyla Cəfərova

