ABŞ Prezidenti Donald Tramp Qəzzada sülhü bərpa etmək üçün yenidən HƏMAS-a xəbərdarlıq edib.
Yeniera.az xarici mətbuata istinadən xəbər verir ki, prezident HƏMAS-ı xəbərdar edib ki, sülh razılaşması bu dəfə rədd edilərsə, yaraqlı qruplaşmanı məhv etmək üçün İsrail ABŞ-nin tam dəstəyini alacaq.
Qeyd edək ki, HƏMAS bundan öncə də Trampın sülh təkliflərinə məhəl qoymayıb və İsraillə sonacan mübarizə aparacağını açıqlayıb.
Rza Əli

