• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
9°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Özəl

“Trampın Ukrayna ilə bağlı mövqeyi odur ki… - Mühüm DETALLAR

16 Oktyabr, 25 / 16:39
A A
“Trampın Ukrayna ilə bağlı mövqeyi odur ki… - Mühüm DETALLAR

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsi ilə bağlı maraqlı açıqlama verib.

Tramp hesab edir ki, Ukrayna revanş edərək hücumlara hazırlaşıb torpaqlarını Rusiyadan geri ala bilər.

Mövzu barədə fikirlərini Yeniera.az-la bölüşən siyasi şərhçi Tofiq Abbasov Trampın Rusiya-Ukrayna qarşıdurması ilə bağlı mövqeyinin tez-tez dəyişdiyini qeyd edib:

“Son dəyişiklik onun sentyabrda Londona səfərindən sonra baş verdi. Tramp bir növ Ukrayna ilə bağlı öz mövqeyini sərtləşdirdi. Əslində isə görürük ki, bu durumda daha çox canfəşanlıq edən Avropadır. Avropa istəyir ki, ABŞ Ukraynaya köməyini əsirgəməsin, əksinə, bu yardımı gücləndirsin və lazım olan məqamda “Tomoqavk” raketlərini Kiyevə versin”.

Politoloq vurğulayıb ki, Ukrayna revanş haqqında çox danışsa da, bunu etmək gücündə deyil:

“Çünki Rusiya həm böyük dövlətdir, resurs bazası zəngindir, həm də demoqrafik göstəriciləri üstündür. Fikrimcə, Tramp Putinlə görüşəndən sonra onlar arasında sövdələşmə olub, sadəcə ABŞ prezidenti bunu etiraf edə bilməz. Ona görə də bu danışıqlardan sonra Tramp söz verib ki, Ukraynaya strateji silahların verilməsinin qarşısını alacaq. Bunun müqabilində Rusiya da bəzi məqamlarda, xüsusilə, Yaxın Şərqdəki proseslərdə Amerikaya köməkliyini göstərir. Moskva İran-İsrail qarşıdurmasında daha çox İsrailə kömək edib. Baxmayaraq ki, Moskva və Tehran müttəfiq olduqlarını bildirirlər, əslində isə Tehranın Moskvaya o qədər də etimadı yoxdur”.

T.Abbasovun sözlərinə görə, ABŞ Ukraynanın əks hücuma keçməsində maraqlı deyil:

“Əksinə, Trampın mövqeyi odur ki, Rusiya bu qarşıdurmada Ukraynanı diz çökdürsün, sonra parçalasın. Ukraynanın əraziləri əvvəllər daha böyük idi, vaxtilə keçmiş Almaniya kansleri Angela Merkel demişdi ki, bizə bu böyüklükdə Ukrayna lazım deyil. Bir sözlə, oyunun qaydaları tez-tez dəyişilir, lakin əminəm ki, Tramp Aİ liderlərinin, o cümlədən Britaniya rəhbərinin mövqeyi ilə razı deyil ki, Rusiyanı sıxışdırsınlar və Ukraynaya yardım etsinlər. Amerika dəstək verməyəcək ki, Ukraynaya təşəbbüsü ələ keçirib Rusiyaya meydan oxusun. Proses bir qədər də uzanacaq və daha sonra Kiyev danışıqlara getməyə məcbur qalacaq”.

Yeganə Vəliyeva

Ən son xəbərləri bizim Instagram hesabımızda izləyin @yeniera
Öncəki Yazı

Ukraynada həlak olan azərbaycanlı hərbçi dəfn edildi 

Növbəti Yazı

Diaqnostik qiymətləndirilmə prosesinə start verilir

XƏBƏR LENTİ

13 min avroluq plaş?-Neftçala icra başçısının geyimi gündəm OLDU

Sabahın havası açıqlandı

Bu ərazilərə yağış yağır

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşdü

Prezident həmkarını təbrik etdi

Neftimizin bu günə olan QİYMƏTİ

DYP sürücülərə müraciət etdi

Azərbaycanda bu şəxslərə ev veriləcək

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.