• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
15°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Cəmiyyət

Türk iş adamları Tolqa Şahinin iddialarına cavab verdilər - “Belə bir adam İdarə Heyətimizdə heç vaxt olmayıb”

06 Noyabr, 25 / 17:06
A A
Türk iş adamları Tolqa Şahinin iddialarına cavab verdilər - “Belə bir adam İdarə Heyətimizdə heç vaxt olmayıb”

Son günlər Azərbaycanda bir türk iş adamının adı çox hallanmaqdadır. Sosial mediada radikal çıxışları ilə gündəmə gələn Tolqa Şahinin Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) sədr müavini olması iddiası bu şəxsin açıqlamalarına diqqəti xüsusilə artırır.

Bu barədə Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) ilə əlaqə saxladıqda, ATİB sədri Mürsəl Rüstəmov belə bir müavin və ya İdarə Heyəti üzvünün olmadığı bildirdi: “ATİB İdarə Heyətində belə bir şəxs təmsil olunmayıb və olunmur”.

Digər türk iş adamları birliklərinin də rəsmi internet saytlarında bu şəxsin hansısa rəhbər vəzifədə olmadığı görünür. Bəs kimdir Tolqa Şahin?

Hazırda Azərbaycanda fəaliyyət göstərən türk iş adamları bu şəxslin Azərbaycanda olduğu iki il ərzində beş şirkət qurub və hər birinin də ayrı-ayrılıqda sektorda problemli şirkətlər olduqlarına diqqət çəkdilər:

* “Arenol Group” MMC

* “Prefabrik” MMC

* “A Frame” MMC

* “Lenora” MMC

* “Tikinti Materiall” MMC

Maraqlısı budur ki, iki ildə beş şirkət quran Tolqa Şahinlə bağlı rəy olduqca mənfidir. Belə ki,  Azərbaycanda fəaliyyət göstərdiyi müddətdə yüzlərlə insana zərər verdiyi və bu əməllərinin məhkəmələr tərəfindən sübut olunduğu bildirilir. Türk iş adamlarının sözlərinə görə, gördüyü bütün işlərini yarımçıq qoyub, aldığı ödənişləri mənimsəyib, işçilərinin əmək haqlarını ödəməyərək, yüzlərlə insanı aldadıb.

Tolqa Şahinin Bakı Abadlıq Xidmətinə qarşı iddialarına gəlincə, türk iş adamları bu barədə də Tolqa Şahinin manipulyasiya etdiyi qənaətindədirlər. Belə ki, əlindən alındığını iddia etdiyi Zabratda yerləşən emalatxana binası 180 000 AZN borcu qarşılığında Tolqa Şahin tərəfindən müqavilə ilə “Qardaşlar Prefabrik” şirkətinə təhvil verilib. Lakin Sabunçu Rayon məhkəməsi bu satışı etibarsız sayaraq məhkəmə qərarı və icra yolu ilə binanı 614 000 AZN borcu qarşılığında “Gənclik 94” adlı şirkətə verib. Yəni, bütün prosses hüquqi müstəvidə olub və buna səbəb də yenə Tolqa Şahinin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi olub.

Türkiyənin sabiq səfiri Cahid Bağcının onun fabrikinin açılışına qatılmasından manipulyasiya cəhdi də, on minlərlə işçisinin olması, evindən üç ağır silah tapılmasına rəğmən sərbəst buraxılması da, ölkədən qayıqla qaçması da bu şəxsin etdiklərini ört-basdır etməsi kimi qiymətləndirilir. Eyni zamanda onun müxtəlif şəxslərə qarşı şəhid ailələrindən və qazilərdən istifadə etmə cəhdi də etdiyi gələn məlumatlar arasındadır.

Maraqlı məqamlardan biri də budur ki, Tolqa Şahinə qarşı açılmış onlarla məhkəmə işi olmasına baxmayaraq, onun özünün zərərçəkənliyinə dair rəsmi heç bir şikayət və ya iddia yoxdur. Bu səbəbdən də türk iş adamları bu şəxsin məqsədinin məhz o ittihamlardan yayınmaq olduğunu bildirirlər. Eyni zamanda bu kimi hərəkətləri Türkiyə və Azərbaycan iş dünyasının etibarını hədəf alan təşəbbüs kimi qiymətləndirirlər.

Ən son xəbərləri bizim TikTok hesabımızda izləyin @yeniera
Öncəki Yazı

Prezident fərman imzaladı

Növbəti Yazı

Hikmət Hacıyev Böyük Britaniyanın Azərbaycan üzrə ticarət elçisi ilə görüşüb

XƏBƏR LENTİ

Sabahın havası açıqlandı

Bu ərazilərə yağış yağır

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşdü

Prezident həmkarını təbrik etdi

Neftimizin bu günə olan QİYMƏTİ

Azərbaycanda bu şəxslərə ev veriləcək

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Xalq artisti ilə bağlı ÜZÜCÜ XƏBƏR - FOTO

İş günlərinin yeri dəyişdirildi 

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.