Qərbin sanksiyaları və Türkiyə neft emalı zavodlarının alternativ neft növlərinə keçməsi fonunda Türkiyə Rusiyanın flaqman Urals xam neftinin idxalını kəskin şəkildə azaldıb.
Yeniera.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Belə ki, Urals markalı xam neftin Türkiyəyə tədarükü oktyabr ayı ilə müqayisədə gündəlik 100 min barel azalıb, ötən ay ümumi idxal isə təqribən 200 min barrelə düşüb.
Avropalı alıcıların almağı dayandırdığı 2022-ci ildən bəri Türkiyə Rusiya xam neftinin ən böyük alıcılarından birinə çevrilib və o vaxtdan Urals xam neftinin dəniz yolu ilə idxalçıları arasında ikinci yeri tutub.
Kpler məlumatlarına görə, Urals tədarükünün azalması ilə Türkiyə Qazaxıstanın CPC Blend və KEBCO və İraqın Bəsrə nefti də daxil olmaqla alternativ xam neft idxalını artırıb.
CPC Blend Rusiya limanından yüklənsə də, ilk növbədə Qazaxıstan şirkətləri tərəfindən istehsal olunur. Qazaxıstandan CPC Blend idxalı Qərbin enerji sanksiyalarından və Rusiya neftinə qoyulan məhdudiyyətlərdən azaddır.
Noyabr ayında Türkiyə Qazaxıstandan gündəlik 105 000 barel CPC Blend idxal edib ki, bu da 2024-cü ilin fevral ayından bu yana bu cür idxalın ən yüksək səviyyəsidir.
Yeganə

