Çanaqqala Universitetinin arxeoloqları təxminən 5000 il əvvəl cənub-şərqdə baş vermiş zəlzələnin izlərini aşkar ediblər. Layihənin rəhbəri, professor Savaş Sarıaltunun sözlərinə görə, yeraltı təkanlar erkən tunc dövrünə aid gil strukturunun dağılmasına səbəb olub.
Yeniera.az xəbər verir ki, araşdırmanın nəticələri “Arkeonews” jurnalında dərc olunub.
Elm adamları uzunluğu beş metrdən çox olan və tamamilə yerə yıxılmış divar aşkar ediblər.
“Bu, onu deməyə əsas verir ki, bina zəlzələdən əvvəl tərk edilib. Biz heç bir məişət əşyası və ya yanğın izi tapmadıq. Məlum olub ki, sakinlər artıq gediblər və zəlzələlər köhnə tikili dağıdıb”, – Sarialtun qeyd edib.
Divarın tikintisi üçün istifadə edilən qırmızımtıl kərpiclər öz rəngini atəşdən deyil, hematitlə zəngin gildən alıb. Bu təbii piqment Tunc dövrü inşaatçılarının istifadə etdiyi materialları anlamağa kömək edir.
Çayonyu təpəsinin altında heç bir qırılma xətti tapılmasa da, geoloqlar zəlzələnin Diyarbəkirin şimalındakı Elazığ Sivrige bölgəsindəki aktivliklə bağlı ola biləcəyini düşünürlər.
Qədim zəlzələlərin oxşar izləri Yuxarı Dəclə hövzəsində başqa yerlərdə tapılmışdır ki, bu da cənub-şərqi Anadolunun uzun müddətdir seysmik cəhətdən aktiv bölgə olduğunu təsdiqləyir.
Rza Əli

