• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
15°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Siyasət

Türkiyənin zərbəsi Rusiyanı sarsıtdı, Putin dərhal Trampın "qapı"sını döydü: Rəsmi Ankara...

16 Noyabr, 25 / 23:12
A A
Türkiyənin zərbəsi Rusiyanı sarsıtdı, Putin dərhal Trampın "qapı"sını döydü: Rəsmi Ankara...

Əgər, Kreml Türkiyənin geopolitik şərtlərini qəbul etməsə, onda Rusiya həm enerji bazarında, həm savaş meydanında, həm də siyasi-diplomatik müstəvidə daha sərt təcrid dövrünə daxil olacaq… Bu baxımdan, hesab etmək olar ki, Ukrayna savaşının yekun raundu artıq başlayıb və bu mərhələdə əsas qlobal orbitr rolunda artıq ABŞ deyil, məhz Türkiyə ön plana çıxır…

Yeniera.az “Yeni Müsavat”a istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın nüvə sınaqları ilə bağlı açıqlamalarından sonra Ağ Ev-Kreml xəttində gərginlik hazırda pik həddə çatıb. Kreml sözçüsü Dmitri Peskovun “telefon danışığı tez bir zamanda təşkil oluna bilər” mesajı isə prezident Vladimir Putinin Ağ Ev sahibi Donald Trampla yeni bir dialoqa can atdığını göstərir. Və bu, artıq Kremlin klassik taktikasına çevrilməyə başlayıb, yəni, Rusiya hər dəfə strateji dalana dirəndikdə, Kreml dərhal ABŞ ilə yüksək səviyyəli təmas qurmağa çalışır.

Onu da qeyd etmək lazımdır ki, hazırda həmin növbəti dalan məhz Rusiyanın Ukrayna savaş poliqonunda maksimal səviyyədə sıxışması hesab oluna bilər. Çünki son vaxtlar həm hərbi və maliyyə resurslarının çatışmazlığı, həm də ABŞ və Qərbin hərbi-siyasi təzyiqləri Kremlin mövqelərini ciddi şəkildə zəiflədib. Belə bir vəziyyətdə Tramp administrasiyası ilə gizli və açıq dialoq kanalların yenidən işə salınması Kreml üçün önəmli variantlardan biri kimi görünür.

Ancaq bu dəfə vəziyyət kifayət qədər fərqlidir. Çünki Ukrayna savaşı ətrafında cərəyan edən proseslərə Kreml-Ağ Ev dialoqundan daha ciddi şəkildə təsir göstərmək imkanları olan yeni güclü bir geopolitik oyunçu – Türkiyə də xüsusi fəallıqla daxil olmağa başlayıb. Belə ki, Türkiyənin xarici işlər naziri Hakan Fidanın “münaqişə tamamlanma mərhələsinə maksimum yaxınlaşıb” mesajı qətiyyən təsadüfi deyil. Bu, rəsmi Ankaranın artıq savaşın son fazasının arxitekturasını formalaşdıran əsas güclərdən birinə çevrildiyinin açıq siqnalıdır.

Məsələ ondadır ki, Türkiyə diplomatiyasının rəhbəri Hakan Fidanın verdiyi mesaj rəsmi Ankaranın son siyasi-diplomatik manevrlərinin yeni inkişaf xəritəsini ortaya qoyur. Son müşahidələr onu göstərir ki, Avropa liderləri də rəsmi Ankara ilə paralel mövqedədir. Hər halda, Böyük Britaniyanın baş naziri Kir Starmer və Almaniya kansleri Fridrix Merts də rəsmi Ankaranın “savaşın son mərhələyə daxil olduğu” dəyərləndirməsini artıq təsdiqləyiblər. Və bu, NATO daxilində Ankara-London-Berlin xətti üzrə yeni siyasi konsensusun formalaşdığını göstərir.

Digər tərəfdən, ABŞ və Türkiyə hazırda faktiki olaraq, sülh prosesinin koordinasiyasını bölüşür. Tramp administrasiyası Ukrayna savaşını bitirmək üçün alternativ ssenariləri sülh masasına çıxararkən, bu planların heç biri Türkiyə olmadan reallaşa bilməz. Çünki Qara dəniz təhlükəsizlik arxitekturası, ərzaq dəhlizi, Rusiya ilə ən etibarlı dialoq kanalları və rəsmi Kiyev üzərində əsas təsir mexanizmləri məhz Türkiyənin əlində cəmləşib.

Təbii ki, bu önəmli faktorlar həm Tramp administrasiyası, həm Kreml, həm də Avropa ölkələri üçün Türkiyənin “strateji moderator” statusunu daha da gücləndirir. Rəsmi Ankaranın israrla gündəmə gətirdiyi “Savaş dayanmasa, Avropa çökməyə başlayacaq” məzmunlu əsas mesajı indi həlledici siyasi reallıq hesab olunur. Bu reallığın avropalı liderlər tərəfindən də etiraf olunması Ukrayna savaşının artıq yeni siyasi-psixoloji mərhələyə keçərək, yekun fazada olduğunu göstərir. Və ona görə də, indi bu prosesdə siyasi sonluq üçün geriyə yalnız həlledici danışıqların baş tutması qalıb.

Onu da nəzərə almaq lazımdır ki, rəsmi Ankaranın Kremllə yaxşı münasibətləri olsa da, ABŞ-da Tramp administrasiyasının hakimiyyətə gəlişindən sonra Türkiyənin Rusiyadan tədricən uzaqlaşmaqda olduğu müşahidə edilir. Buna paralel olaraq, Türkiyənin son vaxtlar ABŞ-la strateji yaxınlaşma prosesinin daha da dərinləşməsində maraqlı olduğu nəzərə çarpır. Ukrayna savaşının dayandırılması üçün Ankara-Vaşinqton xəttində koordinasiyanın güclənməsinin ən bariz indikatoru isə məhz Türkiyənin enerji bazarına münasibətdə mövqeyini kəskin şəkildə dəyişdirməyə başlamasıdır.

Məsələ ondadır ki, Qərb mətbuatının məlumatına görə, Türkiyə Rusiyadan aldığı neftin həcmini azaldır. Bu, strateji diversifikasiya deyil, açıq şəkildə geopolitik xəttin dəyişməsidir. Rəsmi Ankaranın bu addımı ABŞ üçün bu böyük əhəmiyyət daşıyır. Çünki Rusiya neftindən regional asılılığın azalması Kremlə qarşı Ankara-Ağ Ev təzyiq mexanizmini daha da gücləndirir.

Bütün bunlara paralel olaraq, rəsmi Ankara tərəfindən alternativ enerji qaynağı kimi məhz İraq və Qazaxıstanın seçilməsi də qətiyyən təsadüfi deyil. Çünki İraq ABŞ-ın təsir dairəsindədir, Qazaxıstan isə Rusiya təsirindən qurtulmaq üçün Qərb-Türkiyə əməkdaşlığına açıqdır. Və bu, Türkiyənin enerji resurslarına olan ehtiyaclarını təmin etmə prosesini həm geopolitik risklərdən qoruyur, həm də, Qərbin Rusiyaya qarşı sanksiya mexanizmlərinin effektini daha da artırır.

Maraqlıdır ki, bu üç paralel proses — Tramp-Putin xəttində mövcud gərginlik, rəsmi Ankaranın “son mərhələ” bəyanatı və Türkiyənin enerji ehtiyaclarının təmin olunması prosesinin Rusiya asılılığından çıxarılması, əslində, vahid geopolitik sistemin tərkib elementləridir. Belə anlaşılır ki, Türkiyə Ukrayna böhranının nizamlanmasında “açar güc” rolunu artıq rəsmən öz üzərinə götürür. Və indi rəsmi Ankara həm Rusiya ilə dialoqa malikdir, həm də NATO çərçivəsində Qərb üçün əvəzolunmaz hərbi-siyasi iradə mərkəzidir.

Məsələ ondadır ki, ABŞ-ın mövqeyinə diqqət etdikdə, Tramp administrasiyasının da Türkiyənin bu strateji missiyasını dəstəklədiyi müşahidə olunur. Çünki Ağ Evdə artıq anlayırlar ki, prezident Donald Trampın Ukrayna savaşını sürətli şəkildə bitirmək planlarının uğur qazanması Türkiyənin vasitəçilik resursları olmadan mümkün deyil. Və üstəlik, Rusiya da Qərblə yenidən təmas kanallarını yalnız məhz rəsmi Ankara üzərindən bərpa edə biləcəyini nəzərə almağa məcbur qalmış kimi görünür.

Əslində, Kremlin ABŞ və Qərb ilə siyasi-diplomatik təmas kanallarına indi həmişə olduğundan daha çox ehtiyacı var. Bunu prezident Vladimir Putinin Ağ Ev sahibi Donald Trampla yenə telefon danışığına can atması da sübut edir. Belə bir situasiyada Kremlin geopolitik zərbələrə məruz qalan mövqeləri Rusiyanı yenidən “Türkiyə kanalına” möhtac buraxır. Üstəlik, rəsmi Ankaranın yeni enerji qaynaqlarına keçidi Kremlə qarşı əlavə təzyiq mexanizmi yaradır. Və Türkiyənin Rusiyadan uzaqlaşması Kreml üçün maliyyə gəlirlərinin azalması, eləcə də, geopolitik təsir çərçivəsinin daralması baxımından ikiqat zərbə deməkdir.

Göründüyü kimi, Ukrayna savaşının gələcək taleyini müəyyən edə biləcək yeni qlobal balans mexanizmi Türkiyə-ABŞ xətti üzərində formalaşmağa başlayıb. Ona görə də, Ukrayna savaşının nizamlanma prosesinin son mərhələsinin mərkəzində Türkiyənin geopolitik iradəsinin dayana biləcəyi artıq qətiyyən istisna deyil. Və Türkiyə bu mərhələdə yalnız vasitəçi deyil, həm də bu sülh prosesinin siyasi, iqtisadi, eləcə də, strateji memarı kimi çıxış edir.

Əgər, Kreml Türkiyənin bu memarlıq rolunun geopolitik şərtlərini qəbul etməsə, onda Rusiya həm enerji bazarında, həm savaş meydanında, həm də siyasi-diplomatik müstəvidə daha sərt təcrid dövrünə daxil ola bilər. Bu baxımdan, hesab etmək olar ki, Ukrayna savaşının yekun raundu artıq başlayıb. Və bu raundun baş hakimi olaraq, ABŞ deyil, məhz Türkiyə ön plana çıxmağa başlayıb.

Ən son xəbərləri bizim Threads hesabımızda izləyin @yeniera
Öncəki Yazı

Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub

Növbəti Yazı

“Ögey atasıdır” yazanlara belə cavab verdi 

XƏBƏR LENTİ

Bu ərazilərə yağış yağır

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşdü

Prezident həmkarını təbrik etdi

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Xalq artisti ilə bağlı ÜZÜCÜ XƏBƏR - FOTO

İş günlərinin yeri dəyişdirildi 

ETX: "Cloudflare" xidmətindən istifadə edən bir çox veb resurslarında müvəqqəti dayanma baş verib

Rusiya və Hindistan birgə bəyanat qəbul edib

Sərnişin avtobusu ilə yük maşını toqquşub - 1 ölü

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.