Diyarbəkirdə 9 yaşlı uşağı qaçırmağa cəhd edən GK adlı şübhəlinin qarşısı mağaza sahibi Ahmet Aslan tərəfindən alınıb.
Yeniera.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə zamanı Aslanın iki barmağı sınıb.
Hadisədən sonra Aslan polis bölməsinə gedərək şübhəlinin şəxsiyyətini müəyyən edib. “Bu gün səhər polis zəng etdi və adamın tutulduğunu bildirdi. Bölməyə gedib onu tanıdım. Tutulmasına çox sevindim”, – deyə o bildirib.
Vüsal Ömərov

