ABŞ Daxili Təhlükəsizlik Nazirliyi Tufts Universitetinin doktorantı Rümeysa Öztürk və Fələstinə dəstək verən digər tələbələri saxlamaq üçün xüsusi birləşmədən istifadə edib.
Yeniera.az Qərb mətbuatına istinadən xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti məlumat dərc edib.
Bildirilib ki, Fələstin tərəfdarı olan universitet tələbələrinin saxlanmasında ABŞ Daxili Təhlükəsizlik Departamentinə daxil olan Daxili Təhlükəsizlik Araşdırmalar Bölməsindən istifadə edilib.
Vurğulanıb ki, ənənəvi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi və insan alveri kimi ağır cinayətlərə diqqət yetirən istintaq bölməsi tələbələrin saxlanması üçün ilk dəfə istifadə olunub.
Məlumata görə, sözügedən bölmə nazirliyin göstərişlərindən sonra ABŞ-dəki çoxsaylı universitet tələbələrinin vizalarla bağlı hesablarını, postlarını izləməyə və hesabat verməyə başlayıb.
Xatırladaq ki, türkiyəli doktorant Rümeysa Öztürk martın 25-də ABŞ-də evinin qarşısında saxlanılıb.
ABŞ dövlət katibi Marko Rubio Öztürkün tələbə vizasının ləğv edildiyini və onun deportasiya ediləcəyini açıqlayıb.
Leyla Cəfərova

