Ukraynalı Əsirlərin Müalicə Koordinasiya Mərkəzi müharibədə həyatını itirən 1000 Ukrayna əsgərinin qalıqlarını Rusiyadan aldıqlarını açıqlayıb.
Yeniera.az xəbər verir ki, mərkəzin Teleqram hesabından edilən yazılı açıqlamada Rusiya-Ukrayna müharibəsində həyatını itirən 1000 ukraynalı əsgərin qalıqlarının Ukraynaya qaytarıldığı qeyd olunub.
Bəyanatda deyilir: “Rusiya tərəfi Ukrayna əsgərlərinə aid olduğu təsbit edilən 1000 cəsədin Ukraynaya göndərildiyini açıqlayıb.
Bəyanatda ölən əsgərlərin şəxsiyyətinin müəyyən edilməsi üçün işlərə başlanılacağı vurğulanıb:
“Hüquq-mühafizə orqanları Daxili İşlər Nazirliyinin tabeliyində olan ekspert qurumları ilə birlikdə bütün lazımi ekspertizaları keçirəcək və geri qaytarılan meyitləri müəyyən edəcək”.
Yeganə

