“Amerikanın Ukraynadakı müharibəni bitirmək üçün ilkin planında ən problemli məsələlərdən biri Kiyevin ölkə konstitusiyasında təsbit olunmuş NATO istəklərindən rəsmən imtina etməsi şərti idi”.
Yeniera.az xəbər verir ki, bu barədə “CNN” mənbəsi iddia edir.
Bazar günü Floridada keçirilən görüşdə Ukrayna və ABŞ nümayəndələri qadağanın Kiyevin iştirakı olmadan birbaşa NATO-ya üzv ölkələr və Moskva arasında razılaşdırılacağı mümkün ssenarini müzakirə ediblər.
“Ukrayna rəsmi olaraq – hüquqi mənada – bu istəkdən əl çəkməyə məcbur edilməyəcək”, – CNN mənbəsi bildirib.
“Əgər ABŞ-ın Rusiya ilə hər hansı ikitərəfli sazişləri varsa və ya Rusiya çoxtərəfli əsasda NATO-dan müəyyən zəmanətlər almaq istəyirsə, bu, Ukraynanın qərarların qəbulu prosesində iştirak edəcəyi demək deyil”, – mənbə əlavə edib.
Vurğulanıb ki, son dərəcə incə kompromis nə olacağı ilə bağlı yekun qərar hələ qəbul edilməyib və son nəticədə Ukrayna prezidenti ilə razılaşdırılmalıdır.
Bütün bunlar onu deməyə əsas verir ki, ABŞ-Ukrayna danışıqları davam etdikcə və ABŞ prezidentinin elçisi Stiv Vitkoffun Moskvaya səfəri ərəfəsində Kiyevin qırmızı xətlərindən yan keçmək üçün kreativ həll yolları araşdırılır.
Yeganə

