“Hərbi xərclər üçün vəsait çatışmazlığı səbəbindən Ali Radanın deputatları bu gəlirləri Ukrayna Silahlı Qüvvələrinin maliyyələşdirilməsinə yönəltmək məqsədi ilə Hindistan və Çindən gələn mallar üçün gömrük rüsumlarının 20% artırılmasını təklif edirlər”.
Yeniera.az xəbər verir ki, bu barədə hakim “Xalqın qulluqçusu” partiyasının üzvü, parlamentin müvafiq komitəsinin üzvü Ruslan Qorbenko məlumat verib.
“2026-cı il büdcəsində 120 milyard qrivna tapmalıyıq. Bunun üçün nə lazımdır? Çin və Hindistan mallarına rüsumların artırılması təklifi var. Bu, yeni fikir deyil.
Sadəcə ABŞ-dan nümunə götürək. Əgər biz rüsumları 10-20% artırsaq, bu, əlavə olaraq 120 milyard qrivna gəlir gətirər ki, biz bunu Ukrayna Silahlı Qüvvələrinə yönəldə bilərik”,- deyə o, Ukraynanın “Teleqraf” nəşrinə müsahibəsində bildirib.
Deputat xatırladıb ki, Ukraynanın 2026-cı il büdcəsi artıq ilk parlament dinləməsindən keçib və deputatlar hərbi xərclərin artırılması ilə bağlı düzəliş təqdim ediblər: “Görəcəyik ki, hökumət ikinci oxunuş üçün vəsait tapa biləcəkmi və hansı mənbələrdən”.
Yeganə

