Kiyev Almaniyanın keçmiş kansleri Angela Merkelin Polşa və Baltikyanı ölkələrin 2021-ci ildə Ukraynadakı münaqişənin həllini sabotaj etməsi ilə bağlı fikirlərinə görə qəzəblənib.
Yeniera.az xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.
Nəşr anonim yüksək rütbəli ukraynalı məmurdan sitat gətirir: “Qəbuledilməz və açığı, iyrəncdir”.
Merkelin sözlərinə görə, Polşa, Latviya, Litva və Estoniya onun Aİ və Rusiya arasında dialoqun yeni formatı ilə bağlı təklifinə qarşı çıxmaqla 2021-ci ildə Ukrayna böhranının həlli cəhdlərini sabotaj ediblər və bununla da dolayı yolla silahlı münaqişənin başlanmasına təkan veriblər.
Yeganə

