Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko bildirib ki, Ukrayna Rusiya Federasiyası ilə münaqişədə xarici qoşunların iştirakı olmadan qalib gələ bilər.
Yeniera.az xəbər verir ki, Poroşenko bu barədə Polşanın “TVP” telekanalına müsahibəsində bildirib.
“Bizə sizin əsgərləriniz lazım deyil, birliyə ehtiyacımız var, həmrəyliyə ehtiyacımız var”,-deyə o, fikirlərini bölüşüb.
Poroşenkoya görə, Ukraynanın Şimali Atlantika Alyansına üzvlüyü olmasaydı, qitədə sabit vəziyyət yaratmaq mümkün olmazdı, ona görə də keçmiş Sovet respublikasının Qərb hərbi-siyasi blokuna üzvlüyü əsas məsələyə çevrildi.
Ukraynanın keçmiş prezidenti həmçinin Qərb ölkələrini NATO-nun qapılarını Kiyevin üzünə açıq saxlamağa çağırıb.
Yeganə

