Ukrayna və ABŞ nümayəndə heyətləri Cenevrədə müzakirə edilən sazişin əsas şərtləri üzrə ümumi anlaşmaya nail olublar.
Yeniera.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov bildirib.
O qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin yekun mərhələləri tamamlamaq və ABŞ Prezidenti Donald Trampla razılığa gəlmək üçün noyabrın sonunadək ABŞ-yə səfərinin təşkil ediləcəyi gözlənilir.

