“Fransa Ukraynaya əlavə “Aster” zenit-raket kompleksləri və “Mirage” döyüş təyyarələri vermək niyyətindədir”.
Yeniera.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron Kiyevə yardım etmək istəyənlər koalisiyasının iclasında bildirib.
“Yaxın günlərdə biz əlavə “Aster” raketlərini çatdıracağıq, yeni təlim proqramları keçirəcəyik, əlavə “Miraj” təyyarələri göndərəcəyik”, – deyə Fransa prezidenti bildirib.
O ,əlavə edib ki, Fransa koalisiya üzvləri ilə birlikdə əlavə təşəbbüslər elan edəcək.
Bundan başqa, Makron bəyan edib ki, “istəklilər koalisiyası” Ukraynaya enerji infrastrukturunun gücləndirilməsində yardımı davam etdirməlidir.
Yeganə

