Yaxın günlərdə biz Ukraynaya əlavə “Aster” raketləri və “Mirage” döyüş təyyarələrinin yeni partiyasını təhvil verəcəyik.
Yeniera.az xəbərverir ki, bunu Fransa prezidenti Emmanuel Makron bildirib.
“Ukraynanı dəstəkləmək və Rusiyaya təzyiq göstərmək üçün səylərimizi davam etdirmək vacibdir”, – o vurğulayıb.
Qeyd edək ki, “Aster” Fransa və İtaliyanın birgə istehsal etdiyi raketdir. Hər iki ölkə bu raketlərin qeyri-müəyyən sayda Ukraynaya tədarük edib.
Rza Əli

