Bu ilin aprelində vəfat edən Roma Papası Fransisk hələ sağlığında öz vəsiyyətnaməsinə Ukraynanı daxil edib.
Yeniera.az “BILD” nəşrinə istinadən xəbər verir ki, bu barədə ispaniyalı rahibə Lusia Karam yerli radio kanallarından birinin efirində bildirib.
Karamın sözlərinə görə, pontifik döyüş ərazilərindəki tibb işçilərinə dəstək vermək üçün mirasının bir hissəsinin ayrılmasına şəxsən diqqət yetirib.
Məlumata görə, bu məqsədlə Papa fondundan ayrılacaq vəsait Ukraynanın döyüş bölgələri üçün təcili tibbi yardım avtomobillərinin alınmasına yönəldiləcək.
Xatırladaq ki, Papa Fransisk aprelin 21-i 88 yaşında vəfat edib. O, Santa Maria Maggiore bazilikasında dəfn olunub.

