Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) şöbə müdiri vəzifəsindən azad olunub.

Yeniera.az xəbər verir ki, bununla bağlı DƏMX-nin rəisi Vəli Quliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, DƏMX-nin Strateji planlaşdırma, beynəlxalq əlaqələr və layihələr şöbəsinin müdiri İlham Həsənov vəzifəsindən azad edilib. Hələ ki həmin şöbəyə müdir vəzifəsinə təyinat yoxdur.

Qeyd edək ki, İ.Həsənov 2023-cü ildən bu vəzifədə çalışırdı. (İqtisadiyyat.az)

Exit mobile version