Venesuela Prezidenti Nikolas Maduro ABŞ-nin silahlı hücumu halında ölkədə fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalayıb.
Yeniera.az xəbər verir ki, bunu Bolivar Respublikasının icraçı vitse-prezidenti Delsi Rodriqes Milli Suverenlik və Sülh Şurasının və diplomatik korpusun iclası zamanı deyib.
“Fövqəladə vəziyyət elan edən fərman respublikamızın ərazi bütövlüyünü, suverenliyini, müstəqilliyini və həyati strateji maraqlarını qorumaq məqsədi daşıyır”, – Rodriges “Venezolana de Televisión” telekanalında deyib.
Xatırladaq ki, sentyabrın 2-də ABŞ Prezidenti Donald Tramp ABŞ dəniz qüvvələrinin beynəlxalq sularda keçirdiyi əməliyyat zamanı Venesuela narkotik kartelinin 11 üzvünün öldürüldüyünü açıqlayıb. Tramp Karakası narkotik ticarəti ilə adekvat mübarizə aparmamaqda günahlandırıb və cinayətkar qruplaşmanı Maduro tərəfindən idarə olunan kimi xarakterizə edib.
Leyla Cəfərova

