Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • BŞTİ-nin yeni müdir müavinləri kimlərdir? – Dosye
  • İran sabah Hörmüz boğazını aça bilər
  • “Ya özləri təhvil verəcək, ya da…” – Heqset
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Hadisə»Vəzifəli şəxsin sürücüsü qəza törədib – 9 yaşlı oğlan iflic olub

Vəzifəli şəxsin sürücüsü qəza törədib - 9 yaşlı oğlan iflic olub

Hadisə Ariz Əhədov08.04.2026 - 15:40
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisinin sürücüsü qəza törədib. 

Yevlax rayon sakini Elçin Şakir oğlu Heydərov 77-GO-630 dövlət nömrə nişanlı “Land Rover” markalı avtomobilin idarəetməsini itirib və yolu keçən rayon sakini 2017-ci il təvəllüdlü R.Abbasovu vurub. Hadisə ötən il oktyabrın 10-da baş verib.

Yeniera.az xəbər verir ki, R.Abbasovun atası Asim Abbasov Oxu.az-a bildirib ki, hadisə nəticəsində azyaşlı aldığı xəsarətlərdən komatoz vəziyyətə düşüb: “Videogörüntülərdən də hadisənin sürücünün qayda pozuntusu törətməsi nəticəsində baş verdiyi görünür. Qəzanın görüntüləri mövcuddur. Hadisədən 5 aydan artıq vaxt keçməsinə baxmayaraq, istintaqın gedişi məni ciddi narahat edir. Faktla bağlı cinayət işi başlanılmayıb”.

A.Abbasov əlavə edib ki, oğlu hazırda iflic vəziyyətdədir: “Hazırda övladım birtərəfli iflic vəziyyətindədir, uzunmüddətli müalicə və reabilitasiya tələb edir. Maddi və mənəvi vəziyyətimiz çox ağırdır.

Hadisəni törədən Elçin Heydərov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisinin sürücüsüdür. Övladımın müalicəsinə görə 15 min manat borcum yaranıb, amma buna baxmayaraq, övladımın vəziyyəti ağır olaraq qalır”.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupunun baş inspektoru, mayor Aslan Qiyaslı bildirib ki, ötən ilin oktyabrın 23-də Yevlax şəhəri ərazisində sürücü Elçin Heydərovun idarə etdiyi “Land Rover” markalı avtomobilin velosipedlə hərəkət edən 9 yaşlı R.Abbasovu vurması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb: “Hadisə nəticəsində azyaşlı ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Qəzaya hüquqi qiymət verilməsi məqsədilə təyin edilmiş avtotexniki ekspertizanın yekun rəyi zərərçəkmiş tərəfi narazı saldığından, 18 mart 2026-cı il tarixdə iş üzrə əlavə məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizası təyin olunub. Qeyd edilən yol nəqliyyat hadisəsi ilə bağlı hazırda Yevlax Rayon Polis Şöbəsində istintaq araşdırmaları davam etdirilir”.

Bənzər Xəbərlər

08.04.2026 - 18:08Ariz Əhədov

BŞTİ-nin yeni müdir müavinləri kimlərdir? - Dosye

08.04.2026 - 17:56Ariz Əhədov

İran sabah Hörmüz boğazını aça bilər

08.04.2026 - 17:43Ariz Əhədov

“Ya özləri təhvil verəcək, ya da...” - Heqset

08.04.2026 - 17:30Ariz Əhədov

Çelsi Baxşıyeva ilə gündəmə gələn Anar Pirməmmədov FHN-dəki vəzifəsinə QAYTARILDI

08.04.2026 - 17:16Ariz Əhədov

Prezident təqaüdçüsü bacılar Oksford və Kembric universitetlərinə qəbul oldu

08.04.2026 - 17:02Ariz Əhədov

Modelyer Leyla Babazadə tərəfindən yaradılmış milli geyim kolleksiyası YUNESKO-nun mənzil-qərargahında 

08.04.2026 - 16:50Ariz Əhədov

“Nar” inklüziv təşəbbüsə qoşulub

08.04.2026 - 16:31Ariz Əhədov

Şimşək, dolu, qar... - Xəbərdarlıq

08.04.2026 - 16:18Ariz Əhədov

Putinlə Paşinyanın həmin görüşü ilə bağlı - İddia

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:285. 880

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 838

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:264. 781

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:213. 999
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.