Serbiya prezidenti Aleksandr Vuçiç növbəti dəfə Rusiya prezidenti Vladimir Putini ad günü münasibətilə təbrik edə bilməyib.
Yeniera.az xəbər verir ki, Serbiya prezidentinin mətbuat xidmətinin saytında, onun şəxsi sosial şəbəkələrdəki səhifələrində və Serbiyanın əsas media orqanlarında Vuçiçin Putini 73 illik yubileyi münasibətilə təbrik etməsi ilə bağlı heç bir məlumat yoxdur.
Serbiyanın “Danas” nəşri yazıb ki, 2024-cü il Serbiya liderinin ilk dəfə rusiyalı həmkarını ad günü münasibətilə təbrik edə bilməmişdi.
Xatırladaq ki, dünən – oktyabrın 7-də Vladimir Putinin 73 yaşı tamam oldu.
Yeganə

