Serbiya prezidenti Aleksandar Vuçiç müxalifətin Qərbin sanksiyalarının Rusiya ilə münasibətləri pisləşdirdiyinə dair ittihamlarını rədd edib.
Yeniera.az xəbər verir ki, Vuçiç bu barədə “TV Informer”ə müsahibəsində deyib.
“Deyirlər ki, 1948-ci ildən bizim Rusiya ilə münasibətlərimizdə daha çətin vəziyyət olmayıb. Mən isə bu nadanlardan soruşuram: 1917-ci il Oktyabr İnqilabından bəri nə vaxtsa yaxşı münasibətlərimiz olub? Xruşşovun dövründə bizdə qısamüddətli detente dövrü olub və bunda xüsusilə yaxşı olan nədir?”
O, qeyd edib ki, müxalif siyasətçilərin Rusiya-Serbiya münasibətlərini romantikləşdirməsi səhv və qeyri-ciddidir.
Rusiyaya münasibətindən danışan Vuçiç rus dostlarına və onların maraqlarına həmişə hörmətlə yanaşdığını vurğulayıb.
O xatırladıb ki, 2 mart 2022-ci ildə o, Milli Təhlükəsizlik Şurasının Serbiyanın BMT-nin Ukrayna ilə bağlı qətnaməsinin 13 bəndindən dördünü – Rusiyaya qarşı sanksiyalar tətbiq etməyən və Serbiyadakı Rusiya əmlakının müsadirəsini nəzərdə tutmayan bəndlərini dəstəkləməsi barədə qərarını elan edib.
Onun sözlərinə görə, Ukrayna böhranı böyük xarici siyasət təzyiqi altında olan Serbiyaya da təsir edir.
Yeganə

