“WhatsApp” istifadəçilərin mesajlarını üçüncü tərəflərə ötürür“.
Yeniera.az xəbər verir ki, bu iddianı “Telegram”ın təsisçisi Pavel Durov öz messencerindəki şəxsi kanalında paylaşıb.
O, “WhatsApp”ın şifrələməsini “tarixdə istehlakçıların ən böyük aldadılması halı” adlandırıb.
“İddialarına baxmayaraq, tətbiq istifadəçilərin mesajlarını oxuyur və üçüncü tərəflərə ötürür. “Telegram” heç vaxt bunu etməyib və etməyəcək”, – Durov yazıb.
O, “WhatsApp”ın milyardlarla istifadəçisini yanlış istiqamətləndirdiyini iddia edib.

