İranda ökənin ali rəhbəri Müctəba Xameneinin sağlamlığı üçün qurban kampaniyası çərçivəsində 10 min qoyun qurban kəsiləcəyi elan edilib.
Yeniera.az xəbər verir ki, bu barədə SEPAH-ın rəsmi telegram kanalı məlumat yayıb.
Kampaniyanın təşkilatçıları vətəndaşlara müraciət edərək deyiblər:
“Əgər bu günə qədər İnqilab rəhbərinin sağlamlığı üçün qurban kampaniyasına kömək etmək nəsibiniz olmayıbsa, indi fürsətdən istifadə edin və bu mühüm təşəbbüsə qoşulun”.
Müraciətdə hədisə də yer verilib.
Kampaniyaya qoşulmaq üçün bank hesabı açılıb.
Musavat.com
