Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • İlham Pirməmmədovdan qardaşı oğlu ilə bağlı AÇIQLAMA – “Qorxuruq ki, uşağa nəsə olar”
  • “Birlik və Qardaşlıq” İftar Proqramı keçirildi – FOTOLAR
  • “Kənddən Şəhərə” Novruz yarmarkaları başlayır
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»REDAKSİYANIN SEÇİMİ»Xəzərin “şəffaf” sularında “çirklənmə” — Bp məsuliyəti üzərindən atır…

Xəzərin “şəffaf” sularında “çirklənmə” — Bp məsuliyəti üzərindən atır…

REDAKSİYANIN SEÇİMİ Ariz Əhədov03.03.2026 - 12:50
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Dünya nəhəngi olan BP şirkəti özünü hər zaman məsuliyyətli, şəffaf və ekologiya dostu kimi təqdim etməyə çalışsa da, arxiv sənədləri və rəsmi rəqəmlər bəzən bu imicin arxasındakı fərqi üzə çıxarır. 2015-ci ilin martında Xəzər dənizində baş verən hadisə bunu deməyə əsas verir.

Həmin il martın 5-də “İstiqlal” qazma qurğusunda texnoloji reqlamentin pozulması nəticəsində “Ultradril” məhlulu 530 metr dərinlikdə dənizə sızmışdı. Ekologiya və Təbii Sərvətlər Nazirliyi dərhal hərəkətə keçərək monitorinq aparmış və faktı təsdiqləmişdi. Nəticədə şirkətə qarşı 12300 manat məbləğində iddia qaldırılmışdı. Rəqəm bəlkə də BP kimi şirkət üçün simvolik görünə bilər, lakin burada söhbət məbləğdən deyil, yanaşmadan gedir.

Maraqlıdır ki, şirkət rəsmiləri çıxışlarında hər zaman dövlət qurumları ilə məhkəmə çəkişməsinin olmadığını, hər şeyin qaydasında getdiyini vurğulayırlar. Hətta “bizim vergi borcumuz ola bilməz” kimi qətiyyətli ifadələr də eşidirik. Lakin 2025-ci ilin rəsmi məlumatlarına baxdıqda, BP Exploration Limited şirkətinin 68 milyon manatdan çox vergi borcunun yaranması bunu təkzib edir.

Şirkətdəki daxili ab-hava da kənardan göründüyü kimi deyil. Kütləvi ixtisarların olmadığı deyilsə də, digər tərəfdən isə illərdir işini itirən yüzlərlə yerli mütəxəssis və məhkəmə qapılarında haqqını axtaran keçmiş əməkdaşlar var. Mühəndis Aslan Aslanovun başına gələnlər və 10 milyon dollarlıq təzminat davası bu narazılığın bariz nümunəsidir.

Belə ki, 2018-ci ilin aprel ayında dərc olunan xəbərlərə görə BP-nin keçmiş mühəndisi Aslan Aslanov şirkət daxilində yerli kadrların sıxışdırılmasına və əmək hüquqlarının pozulmasına etiraz etdiyi üçün qərəzli şəkildə işdən çıxarıldığını bildirib. O, rəhbərlik tərəfindən təzyiq və təhqirlərə məruz qaldığını, nəticədə səhhətinə ciddi ziyan dəydiyini iddia edib. Mühəndis pozulmuş hüquqlarının bərpası və vurulmuş mənəvi zərərə görə şirkətdən ümumilikdə 10 milyon dollardan çox təzminat tələbi ilə məhkəməyə müraciət edib.

BP Azərbaycanın “biz azərbaycanlıların şirkətiyik” tezisi işçilərin 95 faizinin yerli kadrlar olması ilə əsaslandırılsa da, rəhbər vəzifələrdəki əcnəbi üstünlüyü və yerli mühəndislərin sıxışdırılması iddiaları hələ də cavabsız qalır.

Şirkətin bu məsələlərdəki rəsmi mövqeyi kifayət qədər qətidir. Onlar özlərini Azərbaycan hökumətinin sifarişçisi və tabe qurumu kimi təqdim edirlər. Mətbuat xidmətindən verilən məlumata görə BP məsuliyyətli vergi ödəyicisidir və Ekologiya Nazirliyi ilə hər hansı ciddi məhkəmə çəkişməsi mövzu belə ola bilməz. Şirkət rəsmiləri dövlət qurumları ilə əlaqələrin yüksək səviyyədə qorunduğunu və bütün proseslərin reqlamentə uyğun idarə olunduğunu vurğulayırlar.

Şirkətin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı kütləvi ixtisar anlayışını qətiyyətlə rədd edir. Onların sözlərinə görə, işçi sayındakı hər hansı azalma “kütləvi ixtisar” deyil, biznesin təbii tələblərinə uyğun tənzimləmədir. Şirkət rəsmiləri bildirirlər ki, neft və qaz sənayesinin dəyişən dinamikası bəzi vəzifələrin aktuallığını itirməsinə, eyni zamanda yenilərinin yaranmasına səbəb olur.

Şirkətdən saytımıza verilən açılqamada qeyd edilir ki, bəzi əməkdaşların öz istəyi ilə işdən çıxması və ya köçüb getməsi illik statistikada azalma kimi görünsə də, bu, planlı ixtisar dalğası deyil. Şirkət həmçinin yerli kadrların sıxışdırılması iddialarını da əsassız sayır. Onlar kollektivin mütləq əksəriyyətinin azərbaycanlılardan ibarət olduğunu və yerli mütəxəssislərin hüquqlarının daxili korporativ etikaya uyğun qorunduğunu iddia edirlər.

Qeyd edək ki, BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ötən gün Azərbaycana gəlib. Şirkətin regiondakı biznes fəaliyyəti və gələcək perspektivləri ilə tanışlıq məqsədi daşıyan səfər çərçivəsində görüşlər keçirilib. Qordon Birrel Baş nazir Əli Əsədov, iqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf ilə bir araya gələrək BP-nin ölkədəki enerji layihələrinin gedişatını və qlobal biznes prioritetlərini müzakirə edib.

Bənzər Xəbərlər

04.03.2026 - 11:48Ariz Əhədov

Həmin təyyarə 117 rusiyalını Azərbaycandan Moskvaya apardı

04.03.2026 - 10:42Ariz Əhədov

İlahə Həsənova qalmaqallı məktəbə direktor TƏYİN EDİLDİ

04.03.2026 - 10:32Ariz Əhədov

Bakı Ağır Cinayətlər Məhkəməsinin şöbə rəisi vəfat etdi

04.03.2026 - 10:20Ariz Əhədov

Vidadi Abbasovun oğluna vəzifə verildi – FOTO

04.03.2026 - 09:10Ariz Əhədov

Bu tarixdə qısaldılmış iş günü olacaq

03.03.2026 - 15:30Ariz Əhədov

Səfəvilərin İranda tikdirdiyi tarixi saraya da zərər dəyib - Fotolar

03.03.2026 - 14:27Ariz Əhədov

Nəqliyyatla bağlı YENİLİK - BUNDAN SONRA...

03.03.2026 - 14:15Ariz Əhədov

Yeni cərimələr təsdiqləndi: 30 manatdan 5000-dək...

03.03.2026 - 13:12Ariz Əhədov

Elektron siqaretlərə görə cərimələr təsdiqləndi - Siyahı

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:284. 614

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 541

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:263. 958

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:213. 627
logo
Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.